15 yaşlı ralli sürücüsü vəfat edib

Yeni Zellandiya rallisində 15 yaşlı idmançı qəza nəticəsində həyatını itirib.

Sportline.az The Sun-a istinadən xəbər verir ki ,onunla birlikdə 35 yaşlı digər sürücüdə dünyasını dəyişib.Federasiya ölənlərin adlarını açıqlamasa da mənbənin məlumatlına görə ,vəfat edənlərin Bruklin Horan və Tayson Cammet olduğu bildirilir.

Onların avtomobilinin çaya düşdüyü və hər iki idmançının yerində öldüyü deyilib.


Qeyd edək ki, Yeni Zellandiyada sürücülük vəsiqəsi yalnız 16 yaşından etibarən alına bilər ,lakin 12 və daha yuxarı yaşda olan pilotlar xüsusi proqram çərçivəsində yarışmaq üçün lisenziya alma ixtiyarın sahibdirlər.