21 illik həsrət bitdi: "Qalatasaray"dan Kadıköy qələbəsi
Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbağça" "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində qonaqlar 3:1 hesabı ilə qalib gəlib.
Bununla da 21 il sonra "Qalatasaray" "Fənərbağça"nın meydanında qalib gəlib.
Super Liqada turnir cədvəlinə 45 xalla ehtiyatda bir oyunu olan "Trabzonspor" başçılıq edir. "Qalatasaray" da 45 xal toplayıb və 2-cidir. "Sivasspor" da eyni xala malikdir və 3-cü pillədə qərarlaşıb. "Fənərbağça" 38 xalla 6-cıdır.
"Fənərbağça" - "Qalatasaray" - 1:3
Qollar: Maks Kruze, 21 (pen.) - Rayan Donk, 40, Radamel Falkao, 80 (pen.), Henri Onyekuru, 90+7
Qırmızı vərəqələr: Deniz Türüç, 84 - Yunes Belhanda, 84