24 il sonra Messisiz gələn çempionluq

"Barselona" İspaniya La Liqasında 2022/2023 mövsümünün qalibi olub.

Sportline.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin 27-ci çempionluğudur.

"Barselona" 24 il sonra Lionel Messisiz çempion olub. Kataloniya klubu argentinalı hücumçunun yoxluğunda sonuncu dəfə 1998/1999 mövsümündə qızıl medalları qazanmışdı.

"Barselona"nın yetirməsi olan 35 yaşlı futbolçu 2003-2021-ci ilin yayında bu klubda çıxış edib. Messi hazırda PSJ-də forma geyinir.