Məşhur klub uğursuzluqla üzləşib

Amerika Milli Hokkey Liqasının müntəzəm çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün keçirilən oyunda "Kolorado Evelanş" "Minnesota Uayld"ı 5-2 hesabı ilə məğlub edib.

Bu məğlubiyyət minnesottalıları Stenli kuboku uğrunda mübarizədən kənarda qoyub.

"Minnesota Uayld" sonuncu dəfə 2019-cu ildə pley-off mərhələsinə yüksələ bilməmişdi.

Ümumilikdə isə, bu sözügedən komandanın tarixində son 12 ildə ikinci dəfədir.