41 yaşlı futbolçu İspaniya rekordunu təkrarladı
622-ci oyununa çıxan Xoakin Rodriges İspaniya La Liqasının rekordunu təkrarlayıb.
Sportline.az xəbər verir ki, "Betis"in 41 yaşlı yarımmüdafiəçisi bununla "Barselona"nın sabiq qapıçısı Andoni Subisarettanın göstəricisinə şərik olub.
Xoakin 38-ci turun "Valensiya" ilə oyununda (1-1) rekordu təkrarlayıb.
Qeyd edək ki, siyahıda üçüncü yeri 589 oyunla Raul Qarsiya tutur.