Abdullah Avcı "Beşiktaş"ın hədəfində

Mövsümün sonunda Şenol Günəşin gedişi ilə boş qalacaq baş məşqçi vəzifəsinə “Beşiktaş”ın rəhbərliyi  “Başakşehir”dən Abdullah Avcını gətirmək üçün danışıqlar aparır.

Sportline.az xəbər verir ki, "NTV Spor"a kanalının məlumatına görə İstanbul klubunun 55 yaşlı mütəxəssislə ilk görüşü reallaşıb. "Beşiktaş"ın təklifinə müsbət yanaşan çalışdırıcı qərar verməkdə tələsməyib.

Super Liqada çempionluğu növbəti dəfə qaçıran Avcı yeni mövsüm başqa klubda çalışmaq istəyir. O, yekun qərarını növbəti həftə klub rəhbərliyi ilə görüşdən sonra verəcək.

Qeyd edək ki, Abdullah Avcı 2014-cü ildən "Başakşəhər"də çalışır.