Adebayor "Kayserispor"a keçdi

"Başakşəhər"dən ayrılan Emmanuel Adebayorun "Kayserispor"a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 35 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Superliqasında 60 oyuna 24 qol vurub.  Toqo millisinin üzvü "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.