Ademola Lukmandan tarixi göstərici

Ötən gecə "Atalanta" UEFA Avropa Liqasının finalında "Bayer 04"ü Lukmanın qolları 3-0 məğlub etdi.

Sportline.az xəbər verir ki, final qarşılaşmasında het-trikə imza atan nigeriyalı futbolçu bir ilk müəllifi olub.

Belə ki, Ademola Lukman UEFA Avropa Liqasının finallarında het-trik edən ilk afrikalı futbolçu kimi tarixə düşüb.

"Bayer" Leverkuzen isə 2023/2024 mövsümündə ilk məğlubiyyətini yaşayıb.

Qeyd edək ki, Qasperinin rəhbərlik etdiyi "Atalanta" tarixində ilk dəfə Avrokuboka sahib çıxıb.