Adrianoya həbs təhlükəsi

“Beşiktaş”ın şərəfini qoruyan Adriano həbs təhlükəsi ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, uzun müddət İspaniyada çıxış edən 34 yaşlı müdafiəçi vergidən yayınmaqda ittiham olunur.

Braziliyalı futbolçu üçün 3 il həbs cəzası və 1 milyon 746 min avro cərimə istənilib. Adrianonun məhkəməsi aprelin 9-da keçiriləcək.