AFFA “Dinamo” və “Ağdaş” klublarının futbolçularını cəzalandırıb

AFFA II Liqada çıxış edən “Dinamo” və “Ağdaş” klublarının futbolçularını cəzalandırıb.

Sportline.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II Liqada XXV turun ötən gün baş tutan “Ağdaş” – “Dinamo” matçının 88-ci dəqiqəsində qonaqların 55 nömrəli futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Klub isə 200 manat cərimələnib. Həmçinin 90+4-cü dəqiqədə “Ağdaş”ın futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya olunub. Klub isə futbolçusunun hərəkətinə görə, 300 manat ziyana düşüb.