AFFA "Zirə" və "Şamaxı"nı cərimələyib

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" və "Şamaxı" klublarını cərimələyib.

Sportline.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

XXXV turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə ev sahibi klub 800 manat cərimələnib.

“Şamaxı” – “Araz-Naxçıvan” matçında isə meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.