Alaba "Real"ın məşqini buraxdı

"Real"ın müdafiəçisi David Alaba La Liqanın 21-ci turunda "Atletik"lə 21-ci tur matçı öncəsi məşqi buraxıb.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, avstriyalı futbolçuda koronavirus şübhəsi var. Hazırda o, analizlərin nəticəsini gözləyir.

Qeyd edək ki, Alaba bu mövsüm "Real"da 23 oyun keçirib, 2 qol vurub və 3 qolun ötürməsini verib.