"Alaves" La Liqaya qayıtdı
İspaniya La Liqasına vəsiqə üçün sonuncu pley-off oyunu keçirilib.
Sportline.az xəbər verir ki, "Levante" "Alaves"i qəbul edib. Oyunun əsas vaxtı qolsuz başa çatıb. Komandalar arasında ilk oyun da 0:0 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb.
Görüşün 120+8-ci dəqiqəsində "Alaves" penalti hüququ qazanıb. Aser Vilyarible zərbəni dəqiq yerinə yetirib və "Alaves" 1:0 hesablı qələbə ilə növbəti mövsüm La Liqada iştirak hüququ qazanıb.