Alleqri italiyalı forvardı komandasında görmək istəyir

"Milan"ın baş məşqçisi Massimilyano Alleqri "Fiorentina"nın italiyalı forvardı Moyze Kini komandasında görmək istəyir.

Sportline.az "Media Set"ə istinadən xəbər verir ki, təcrübəli mütəxəsis Kinin transferini rəhbərliktən tələb edib.

25 yaşlı hücumçunun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Moyze Kin ötən mövsüm çıxış etdiyi 44 matçda rəqib qapılarından 25 top keçirib.