Almaniya polisi avstriyalı azarkeşlərə araşdırma başladıb

Avstriyalı azarkeşlərin Avstriya-Türkiyə matçından əvvəl irqçi şüarlar səsləndirdiyi və bu səbəbdən Almaniya polisinin araşdırma başlatdığı bildirilib.

Sportline.az Bild-ə istinadla xəbər verir ki, avstriyalı fanatlar "L'amour toujours" mahnısının sədaları altında irqçi sözlərdən ibarət mahnılar oxuyublar.

Laypsiq şəhərində məsələ ilə əlaqədar artıq bir neçə şübhəli şaxs nəzarət altına alınıb.

Qeyd edək ki, sözügedən qarşılaşma Türkiyə millisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.