Almaniyanı məğlub edən Portuqaliya millisi finalda

Futbol üzrə Portuqaliya millisi UEFA Millətlər Liqasının yarımfinalında Almaniya yığmasına 2:1 hesabı ilə qalib gəlib və finalına yüksəlib.

Sportlline.az xəbər verir ki, Almaniyanın "Arena Münhen" stadionunda baş tutan qarşılaşmanı sloveniyalı Slavko Vinciçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

48-ci dəqiqədə Florian Virts alman komandasını hesabda irəli çıxarsa da, 63-cü dəqiqədə Çiko Konseysao hesabı bərabərləşdirib. Oyunun 68-ci dəqiqədə Kriştiano Ronaldo qələbə qolunu vurub. Bununla da 40 yaşlı Ronaldo Portuqaliya millisində 137-ci qoluna imza atıb.

Digər yarımfinalda İspaniya və Fransa qarşılaşacaq. Bu oyun iyunun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.