Amad Diallonun taleyinə aydınlıq gəlib
"Mançester Yunayted" klubu afrikalı futbolçusu Amad Diallo ilə bağlı qərar verib.
Sportline.az "Tele Football"a istinadən xəbər verir ki, klub rəhbərliyi A.Diallonu satmayacaqlarını açıqlayıb.
22 yaşlı sağ cinah vingerinin "Mançester Yunayted"lə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Amad Diallo bu mövsüm çıxış etdiyi 41 matçda 10 qol 9 asistlə yadda qalıb.
Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, Amad Diallo 2021-ci ilin yanvar ayında "Atalanta"dan "Mançester Yunayted"ə 21.3 milyon avro qarşılığında transfer olmuşdu.