Amorimin "Mançester Yunayted"dəki taleyi necə olacaq?
"Mançester Yunayted" Ruben Amorimlə yola davam etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Devid Ornşteyn sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Onun sözlərinə görə, klub rəhbərliyi ona güvənir və növbəti mövsümdə portuqaliyalı mütəxəssisin üslubuna uyğun futbolçular transfer ediləcək.
Xatırladaq ki, 40 yaşlı portuqaliyalı 2024-cü ilin noyabrından "Mançester Yunayted"i çalışdırır.
Komanda onun rəhbərliyi ilə meydana çıxdığı 39 oyunda 16 qələbə çalıb, 8 heç-heçə edib, 15 məğlubiyyətə uğrayıb.