Ancelotti: Mbappe "Real"a uyğunlaşmalıdır

Real Madridin baş məşqçisi Karlo Ancelotti yeni transfer Kilyan Mbappe haqqında danışıb.

Sportline.az xəbər verir ki, UEFA-nın rəsmi saytı təcrübəli mütəxəssisin fikirlərinə bu cür yer verib.

" Mbappe hər şeydən əvvəl öz keyfiyyətlərini,soyuqqanlılığını, eləcə də münasibətini və sədaqətini bizə gətirəcək. O da hamı kimi bu komandaya uyğunlaşmalıdır. Biz onun burada olmasından çox şadıq, çünki o, əla keyfiyyətlərə malikdir və əminəm ki,o, komandaya tez uyğunlaşacaq. "Real"da hamı onun burada olmasından çox xoşbaxtdir: azarkeşlər, oyunçular, məşqçilər. Biz əminik ki, o, bunun üstəsindən gələcək" deyə Ancelotti bildirib.

Xatırladaq ki, Mbappe iyunun 3-də rəsmi olaraq "Real Madrid"in futbolçusu olub.O, son olaraq PSJ-də çıxış etmişdi.