Ançelotti Alabanın yerinə oynadacağı futbolçunu açıqladı
"Real"ın baş məşqçisi Karlo Ançelotti müdafiənin mərkəzində yaranan problemin həllini tapıb.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis ötən gecə zədələnən David Alabanı Orelyen Tçuameni ilə əvəzləyəcəyini bildirib.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano Tvitterd hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, Ançelotti məhs onu bu mövqedə oynadacağını deyib.
Qeyd edək ki, David Alaba La Liqanın 17-ci turunun "Vilyareal"la görüşündə zədə alıb.
Sol dizinin xaçvari bağları qırılan avstriyalı futbolçunun yaxın günlərdə əməliyyat olunacağı gözlənilir.