Ançelotti: "Arda Gülər depressiyaya düşüb"

"Real Madrid"in çalışdırıcısı Karlo Ançelotti türkiyəli yarımmüdafiəçi Arda Gülərdən danışıb.

Sportline.az "Marca"ya istinadla xəbər verir ki, baş məşqçi Arda Gülərin depressiyada olduğunu bildirib.

“Təəssüf ki, "Braqa" ilə oyundan əvvəl nəsə baş verdi. Deyəsən elə də böyük bir şey deyil, amma son günlər zədə onu narahat edirdi. Zədə ciddi deyil. Arda gənc olduğu üçün depressiyaya düşüb, oynamaq istəyir. Bu, geriyə addımdır, lakin onu normal vəziyyətə gətirmək üçün fasiləmiz var”, - deyə "Marca" Ançelottidən sitat gətirib.