Ançelotti Arda Gülərlə bağlı mövqeyini açıqlayıb

"Real"ın baş məşqçisi Karlo Ançelotti Arda Gülərin klubdakı gələcəyi ilə bağlı fikrilərini açıqlayıb.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis Gülər üçün ən yaxşı variantın gələn mövsüm icarəyə gözndərilməsi olduğunu deyib.

Bu haqda jurnalist Ramon Alvares Mon X sosial şəbəkəsində məlumat yayıb.

Onun fikrincə bu məsələdə Kilian Mbappenin mümkün transferi və "Palmeyras"dan gənc braziliyalı Endrikin gəlişi başlıca rol oynaya bilər.

Qeyd edək ki, Arda Gülər "Real"ın heyətində cəmi 5 oyunda meydana çıxıb.