Ançelotti De Xeya mövzusuna nöqtə qoydu

"Real"ın baş məşqçisi Karlo Ançelotti David de Xeyanı öz komandasında görmək istəmədiyini bildirib.

Sportline.az COPA nəşrinə istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı qapıçının oyun səviyyəsindən razı olmadığını açıqlayıb.

Mənbənin məlumatına görə, madridlilər hazırda "Sevilya"nın qolkiperi Yassin Bununun transferi ilə bağlı hərəkətə keçiblər.

Qeyd edək ki, "Real"ın qapıçısı Tibo Kurtua avqustun 10-da keçirilən məşqdə zədələnərək sıradan çıxıb.