Ançelotti Pikenin cavabını verib

"Barselona"nın sabiq kapitanı Jerar Pikenin "Real"ın sonuncu dəfə Çempionlar Liqasında uğurunu xatırlamadığı haqda replikası qarşı tərəfin narazılığına səbəb olub.

Sportline.az xəbər verir ki, madridlilərin baş məşqçisi Karlo Ançelotti Pikenin sözlərini cavabsız qoymayıb.

"Pike deyib ki, bizim Çempionlar Liqasındakı 14-cü mükafatımız xatırlanmayacaq? Onun öz dünyası var. Heç kim bizim Liqadakı uğurlarımızı unutmayacaq. Biz ömür boyu bunu xatırlayacağıq", - deyə Ançelotti bildirib.

Qeyd edək ki, "Barselona"nın qələbələrinin daim xatırlanacağını deyən Pike, eyni sözlərin "Real"a aid olmadığını iddia etmişdi.