Ançelotti seçim qarşısında
"Real"ın baş məşqçisi Karlo Ançelotti seçim qarşısındadır.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssisin İspaniya Super kubokunun finalında hansı qapıçının xidmətindən yararlanacağı maraqla gözlənilir.
Baş məşqçi "Barselona" ilə final matçında Arrisabalaqa ilə Lunin arasında seçim etməlidir.
"Mən artıq qərar qəbul eləmişəm. Amma sizə heç bir ipucu verməyəcəyəm", - deyə Ançelotti azarkeşləri intizarda saxlayıb.
Qeyd edək ki, Super Kubokun qalibi yanvarın 14-də müəyyənləşəcək.