Ançelotti "Real"da qalır

Karlo Ançelotti karyerasını "Real"da davam etdirəcək.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı qərarını təsdiqləyib: "Gələn mövsüm nə baş verəcəyini bilmək üçün bir qədər vaxt lazımdır. "Mançester Sit" ilə oyunu olduqca pis keçirdik.

Əzabını hələ də çəkirik. Ümumilikdə isə mövsüm yaxşı alındı. Amma, daha yaxşı da ola bilərdi. Gələn mövsümdə səhvlərdən nəticə çıxaracağıq".

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən "Real"ın sükanı arxasındadır.