Ançelotti "Real"da qalır

Karlo Ançelottinin "Real"dan ayrılmayacağı dəqiqləşib.

Sportline.az "As" nəşrinə istinadən xəbər verir ki, məsələ artıq tam həllini tapıb.

Təcrübəli mütəxəssisin artıq yeni mövsümün planlarını cızdığı bildirilir. 

Bu xəbəri təsdiqləyən "Marka" nəşri isə, Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyinatının 2024-cü ilədək təxirə salındığını əlavə edib.