Ançelotti "Real"da qalır

"Real"la Ançelotti arasında razılıq əldə olunub.

Sportline.az xəbər verir ki, bu haqda Relovo nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanacaq.

Bununla bağlı rəsmi məlumatın yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, 2021-ci ildən "Real"ı çalışdıran 64 yaşlı mütəxəssisin yanvar ayında Madriddən ayrılacağı və Braziliya millisinə rəhbərlik edəcəyi gözlənilirdi.