Ançelotti Vinisiusla bağlı fikrini açıqladı
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun davranışları ilə bağlı düşüncəsini bölüşüb.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis Marca nəşrinə açıqlamasında braziliyalının oyunundan razı qaldığını bildirib.
"O, inkişafdadır. Bəlkə də bəzi hallarda davranışlarında problem yaranır. Amma futbolçu kimi xeyli irəliləyişə nail olub. Biz onun meydandakı çıxışından razıyıq", - deyə Ançelotii fikrini açıqlayıb.
Qeyd edək ki, Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir.