Ançelotti Zidanın göstəricisini təkrarladı

"Real"ın baş məşqçisi Karlo Ançelotti koamndanın "sükanı arxasında" keçirdiyi oyunların sayına görə Zinəddin Zidana çatıb.

Sportline.az xəbər verir ki, hər iki mütəxəssisdə bu göstərici 263-dür.

Ançelotti ötən gecə İspaniya Super kubokunun "Atletiko"ya qarşı (5-3) görüşündə buna nail olaraq, sözügedən həmkarını keçmək imkanı qazanıb.

"Real"ı ən çox meydana çıxaran baş məşqçi isə Migel Nunyos olub.

Paytaxt futbolçuları onun rəhbərliyi altında 605 oyun keçiriblər.