Ançelottidən Arda Gülərlə bağlı maraqlı açıqlama

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın yeni transferi Arda Gülərin istedadına valeh olduğunu açıqlayıb.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis türk futbolçunun qeyri-adi bacarığa malik olduğunu deyib: "Arda Gülər 18 yaşında bir yadplanetlildir".

Ançelotti ABŞ turnesində zədələnən gənc futbolçunun tezliklə sıraya dönəcəyini də bildirib.

O, Ardanın dizindəki zədənin elə də ciddi olmadığını söyləyib.