Ançelottidən maraqlı açıqlama

"Real"ın baş məşqçisi Karlo Ançelotti maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, ESPN-ə müsahibəsində Serxio Ramosun onun Madrid karyerasında mühüm rol oynadığını etiraf edib.

"Serxionun 2014-cü ildə Çempionlar Liqasının finalında vurduğu qol olmasaydı, yəqin ki. indi mən burada deyildim", - deyə italiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, uzun illər "Real"ın formasını geyinən Ramos hazırda "Sevilya"nın şərəfini qoruyur.