Ançelottidən Modriçə maraqlı təklif

"Real"ın baş məşqçisi Karlo Ançelotti Luka Modriçə məşqçiliyə başlamasını təklif edib.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis 38 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə öz korpusunda yer almasını məsləhət görüb.

Bu haqda jurnalist Ramon Alvares X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Ançelotti Modriçi karyerasını bitirəcəyi təqdirdə öz məşçilər heyətində fəaliyyət göstərməsinə şərait yaradacağını deyib.

Təklifə görə minnətdarlığını bildirən xorvatiyalı isə, hələ ki karyerasını davam etdirmək istədiyini deyib.

Ona ABŞ və Səudiyyə Ərəbistanı klublarından təkliflər gəldiyi bildirilir.