Ançelottini 5 il həbs təhlükəsi gözləyir

Bu gün İspaniya mətbuatında “Real Madrid” üçün şok bir iddia ortaya atılıb.

Belə ki, İspaniya prokurorluğu Karlo Ançelottiyə 5 il həbs cəzası tələb edir.

Sportline.az "Relevo"ya istinadla xəbər verir ki, İspaniya prokurorluğu “Real Madrid”in baş məşqçisi Karlo Ancelottinin 2014-2015-ci illərdə vergi orqanlarından 1 milyon avro gizlətdiyinə görə 4 il 9 ay həbs cəzası istəyib.

Qeyd edək ki, italiyalı mütəxəssis ilk olaraq Kral klubunda 2013-2015-ci illərdə çalışıb.

Bu müddətdə o, klub ilə İspaniya kuboku, Çempionlar liqası, UEFA Superkuboku, həmçinin Klublararası Dünya Çempionatının qalibi olub.