Karlo Ançelottinin yeni hədəfi

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Kepa Arissabalaqanın transferində maraqlı olduğunu açıqlayıb.

Sportline.az Relovo nəşrinə istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı klub rəhbərliyinə bu transferi reallaşdırmağı tövsiyyə edib.

Mənbənin bildirdiyinə görə, Ançelotti Andrey Lunini satmağın tərəfdarıdır.

Onun yerinə isə, italiyalı mütəxəssis Kurtuanın əvəzləyicisi kimi Kepanı gördüyünü gizlətməyib. 

Qeyd edək ki, yayda "Real"a görə "Bavariya"dan imtina edən Arissabalaqa La Liqada keçirdiyi 10 oyunun 5-də qapısını toxunulmaz saxayıb.