Andre Silva İspaniyada

Portuqaliya millisinin üzvü Andre Silva karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, "Real Sosyedad"ın formasını geyinəcək.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, son komandası "Leypsiq" olan 27 yaşlı hücumçu "Ayntraxt", "Sevilya", "Milan" və "Portu"nun da şərəfini qoruyub.