Ansu Fati "Barselona" ilə bağlı qərar verdi
Ansu Fati "Barselona"nı tərk etməyəcək.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi karyerasını Kataloniya klubunda davam etdirmək qərarına gəlib.
Baş məşqçi Xavi ilə münasibətləri soyuq olan futbolçu komandadan ayrılacağı haqda şaiyələrə son qoyub.
Qeyd edək ki, Ansu La Liqanın ilk turunda "Xetafe" ilə oyunda (0-0) cəmi 11 dəqiqə meydanda olub.
Onun "Barselona" ilə 2027-ci ilədək müqaviləsi var.