Antoni karyerasını Almaniyada davam etdirə bilər

Ötən mövsümün "Real Betis"də icarə əsasında keçirən brazilyalı futbolçu Antoni karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportline.az "ABC" nəşrinə istinadən xəbər verir ki, "Bayer" klubu Antoninin xidmətində maraqlıdır.

Bu keçid üçün Almaniya klubu "Mançester Yunayted"ə 25 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Antoni ötən mövsüm meydana çıxdığı 40 matçda 10 qol 5 asistlə yadda qalıb.

Onun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.