Antoni Robinson "Mançester Yunayted"in hədəfində
"Fulhem"in futbolçusu Antoni Robinson karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
28 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm meydana çıxdığı 26 matçda 1 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, A.Robinson dəyəri 22 milyon avrodur.