Antonio Konte İspaniya klubunda

Məşhur italiyalı mütəxəssis Antonio Konte karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, "Sevilya" onun xidmətində maraqlıdır.

Mənbə bildirir ki, Konte potensial 6 namizəd arasında ən realı hesab olunur.

Xose Luis Mendilibarı istefaya göndərən klub rəhbərliyi son 24 saat ərzində qərar verməyi planlaşdırır.

Qeyd edək ki, komandanın uğursuz çıxışı ilə əlaqədar ötən gün Mendilibarla yollar ayrılıb.