"Araz-Naxçıvan" baş məşqçi ilə bağlı qərar verdi
“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadıb.
Sportline.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis 2025/2026 mövsümündə də “qırmızı-ağlar”da işləyəcək. Onunla anlaşma 1 illikdir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.