Arda Gülər geri dönür

"Real"ın türkiyəli futbolçusu Arda Gülər yaxın günlərdə sıraya qayıdacaq.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano məlumat paylaşıb.

Onun sözlərinə görə, gənc ulduz milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra İspaniya La Liqasının oyununa çıxacaq. 

Qeyd edək ki, ABŞ toplanışında dizindən aldığı zədəyə görə əməliyya olunan yarımmüdafiəçi bunun ardınca əzələsini zədələdiyindən heyətdən kənarda qalmışdı.