Arda Gülər İspaniya klubu ilə anlaşıb

“Fənərbağça”nın gənc ulduzu Arda Gülər komandadan ayrılır.

Sportline.az xəbər verir ki, bu haqda Goal.com məlumat yayıb.

İstedadlı futbolçunun İspaniyanın “Sevilya” klubu ilə şəxsi razılıq əldə etdiyi bildirilir.

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Fənərbağça” foması ilə çıxdığı 35 oyunda 6 qol və 7 asist müəllifidir.