Arda Gülər meydana çıxacaq
Mövsümün əvvəlində "Fənərbağça"dan "Real"a transfer olunsa da, yeni komandasında debüt edə bilməyən Arda Gülər tezliklə pərəstişkarlarını sevindirəcək.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki. istedadlı futbolçu "Real"ın yaxın 3 oyunundan birində meydana çıxacaq.
Mənbənin məlumatına görə, İspaniya mətbuatında bunun, həftəsonu "Rayo Valekano" ilə qarşılaşma da ola biləcəyi yazılır.
Qeyd edək ki, Arda Gülər "Real"ın ABŞ toplanışında aldığı zədənin ardınca komandanın Madriddəki məşqində də zədələndiyindən hələ də debüt imkanı qazana bilməyib.