Arda Güler niyə debüt etmədi?

Türkiyə millisinin üzvü Arda Gülerin Madrid "Real"ında debütü alınmayıb.

Sportline.az xəbər verir ki, istedadlı futbolçunun ötən gecə "Rayo Valekano" ilə oyunda meydana çıxacağı gözlənilirdi.

Amma, adı iştirak ərizəsinə salınan futbolçu debüt imkanı qazanmayıb.

Komandanın baş məşqçisi Karlo Ançelotti oyunsonrası mətbuat konfransında bunun səbəbini açıqlayıb.

Təcrübəli mütəxəssis Arda üçün xüsusi proqram hazırladıqlarını və onu qısa vaxt kəsimində də olsa tədricən oynadacaqlarını bildirib.

Qeyd edək ki, La Liqanın 12-ci turunun "Real" - "Rayo Valekano" matçı 0-0 hesabı ilə başa çatıb.