Arda Gülər "Real"ın düşərgəsindən ayrılıb
"Real"ın türkiyəli futbolçusu Arda Gülər zədələnib.
Sportline.az "Managing Madrid"ə istinadla xəbər verir ki, dizindən zədə alan gənc futbolçu azı iki ay yaşıl meydandan kənarda qalacaq.
Məşq zamanı zədələnən 18 yaşlı yarımmüdafiəçi madridlilərin ABŞ turnesini yarımçıq qoymalı olub.
O yaxın günlərdə Madridə qayıdıb, müalicəyə başlayacaq.
Qeyd edək ki, Arda Gülər iyul ayında "Fənərbağça"dan "Real"a transfer olunub.
Madridlilər gənc ulduz üçün İstanbul nəhənginə 20 milyon avro ödəyiblər.
O, 2029-cu ilədək "Real"a məxsus olacaq.