Arda Gülərin son durumu

"Real"ın türkiyəli futbolçusu Arda Gülər yaxın vaxtlarda yaşıl meydanlara qayıdacaq.

Sportline.az xəbər verir ki, Türkiyə millisinin üzvü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

18 yaşlı futbolçunun sentyabrın sonlarında zədəsini tam sağaldacağı gözlənilir.

Qeyd edək ki, Arda Gülər "Real"ın ABŞ toplanışında dizinin çarpaz bağlarını zədələmişdi.