Arda Turanın taleyinə aydınlıq gəlir
İstanbulun "Başakşəhər" klubu Arda Turanla yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, müqavilə ilə "Barselona"ya məxsus olan və cari mövsümün sonuna qədər icarəyə götürülən 33 yaşlı futbolçu ilə sözləşməyə qarşılıqlı razılıqla xitam verilib. Məsələ burasındadı ki, Arda rəhbərliyə başqa kluba keçmək istədiyini bildirib və tərəflər yolları ayırmağı qərara alıblar.
"Barselona" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Türkiyə millisinin üzvünün karyerasını "Qalatasaray"da davam etdirməsi gözlənilir.