Argentina Kolumbiya ilə matçda azlıqda məğlubiyyətdən xilas olub

Argentina və Kolumbiya yığmaları yoldaşlıq matçında 1:1 hesabı ilə heç-heçə ediblər.

Sportline.az xəbər verir ki, oyun Buenos-Ayresdəki “Monumental” stadionunda keçirilib.

Hesabı 24-cü dəqiqədə kolumbiyalı hücumçu Luis Dias açıb. 71-ci dəqiqədə argentinalıların yarımmüdafiəçisi Entso Fernandes qırmızı vərəqə alıb. Bununla belə, 81-ci dəqiqədə yarımmüdafiəçi Tyaqo Almada hesabı bərabərləşdirməyi bacarıb.

Argentinalı hücumçu Lionel Messi 78 dəqiqə meydanda olsa da, məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Xatırladaq ki, Argentina növbəti matçını Venesuela, Kolumbiya isə Boliviya ilə keçirəcək. Hər iki görüş sentyabrın 3-də baş tutacaq.