Arne Slot çempionluğu belə qeyd edib
"Liverpul"un baş məşqçisi Arne Slot özünə kiçik məzuniyyət götürüb.
Sportline.az xəbər verir ki, qısa fasilədən yararlanan niderlandlı mütəxəssis İspaniyanın İbitsa şəhərinə yollanıb.
O, komandasının 20-ci çempionluğunu sözügedən kurort şəhərində qeyd edib.
Slot çimərlikdəki barların birində məşhur "We are the Champions" mahnısının sədaları altında dincələrkən görüntülənib.
Qeyd edək ki, çempionluğu vaxtından əvvəl təmin edən "Liverpul", sona iki tur qalmış, ən yaxın rəqibi "Arsenal"ı 15 xal qabaqlayır.